Siz Beşbarmaq, İlandağ və ya hər hansı dağda olmusunuzmu? Qəribə formalı dağlar insanı təəccübləndirir. Dağlardan qoparaq ətəklərinə tökülən daşlar rəngarəngdir – boz, ağ, sarı, qırmızı ... Daşların ağırlığı və formaları da fərqlidir.
Evlərin, yolların, fəvvarələrin və s.-nin ərsəyə gəlməsində müxtəlif materiallardan istifadə olunur. Bu materiallar iki yolla əldə oluna bilər: təbii və süni.