Mantiyanı Yer qabığı əhatə edir. Yer qabığı bərk süxurlardan ibarətdir. Əgər Yer kürəsini alma boyda təsəvvür etsək, Yer qabığı almanın qabığından da nazik olardı.
Materik və okeanlarda Yer qabığının qalınlığı eyni deyil; məsələn, dünyanın ən hündür Himalay dağlarında onun qalınlığı 70-90 km-ə çatır. Sakit okeanda - dünyanın ən dərin Marian çökəkliyinin altında isə Yer qabığının qalınlığı 1-5 Km-dir.
Yer qabığı mantiyanın üst hissəsi ilə çox sıx əlaqədədir. Alimlər Yer qabığını üst mantiya ilə birlikdə litosfer adlandırırlar. Bu, yunanca “ litos ” - daş, “ sfera ” isə qat deməkdir.
İfadələri Yerin qatlarına uyğun olaraq
müəyyən edin:
1. Bərk süxurlardan ibarətdir.
2. Temperaturu Günəşin istiliyinə yaxındır.
3. Dəmir və nikeldən təşkil olunmuşdur.
4. Temperatur 1000–2500°C arasında dəyişir.
5. Qalınlığı 1–90 km arasında dəyişir.
Nümunə: 1 — C — Yer qabığı.