20 oktyabr 1982-ci il. Saatlı rayonu ərazisində qazılan quyunun
dərinliyi 8200 m-ə çatmışdı. Bu, dünyada qazılmış ən dərin
quyulardan biridir.
Quyu su, neft və ya qaz çıxarmaq üçün deyil, elmi-tədqiqat işləri
aparmaq məqsədilə qazılmışdı.
Yerin daxili quruluşunu
göstərən şəkilsxemə
əsasən suallara
cavab verin:
1. Yerin daxilində
hansı təbəqələr
vardır?
2. Yerin səthindən mərkəzə
qədər olan
məsafə nə qədərdir?
Müasir təsəvvürlərə görə, Yerin mərkəzində nüvə yerləşir. O, dəmir və nikeldən təşkil olunmuşdur. Alimlərin fikrincə, orada temperatur 3500-5000°C-yə çatır. Bu, Günəşin səthində olan istiliyə yaxındır.
Nüvə mantiya (yunan dilində “mantiya” - “örtük, manto” deməkdir) qatı ilə əhatə olunmuşdur. Orada maddələrin temperaturu 1000-2500°C arasında dəyişir. Mantiya, əsasən, ərimiş, lakin yüksək təzyiq nəticəsində sıxılmış (kipləşmiş) maddədən ibarətdir.