c
Əhalinin statistik göstəricilərinin təhlili
Ölkə əhalisinə dair məlumatların əldə edilməsinin yeganə yolu “siyahıya- alma”dır. Bu tədbir, əsasən, 10
ildən bir həyata keçirilir. Azərbaycanda son siyahıyaalma 2019-cu ildə keçirilmişdir. Siyahıyaalma iki
mərhələdə yerinə yetirilir:
I mərhələ. Anket-sorğu əsasında məlumatların yığılması.
II mərhələ. Azərbaycan Dövlət Statistika Komitəsində toplanan məlumatların təhlili və
nəticələrin çıxarılması.
Təsəvvür edin ki, sizin sinfin şagirdləri siyahıyaalma tədbirində iştirak edir və hər
biriniz tanıdığınız müxtəlif yaşda olan üç nəfərlə anket- sorğu keçirməlisiniz.
Birinci mərhələ – “anket- sorğu”dan 3 nüsxə əldə edib sorğunu keçirməli və
statistik məlumatları toplamalısınız.
İkinci mərhələ – statistik materialların təhlili. Topladığınız statistik materiallar
əsasında cədvəli tamamlayın.
Anket-sorğu nümunəsi
1. | Ad və soyadınız | ... |
2. | Yaşınız | ... |
3. | Cinsiniz | ... |
4. | Ailə vəziyyətiniz | ... |
5. | Milliyyətiniz | ... |
6. | Ana diliniz | ... |
7. | Dini mənsubiyyətiniz | ... |
8. | Təhsil səviyyəniz | ... |
9. | İş yeriniz | ... |
10. | Harada yaşayırsınız | ... |