Qonşu ölkələrin arasındakı sərhədlər razılaşdırılmadıqda onlar arasında mübahisə və hətta münaqişələr də baş verir.
Ölkələri ərazisinin böyüklüyünə görə də qruplaşdırmaq olar. Nəhəng ölkələr: Rusiya, Kanada, Çin, ABŞ, Braziliya, Avstraliya və digərləridir. Mikro ölkələr isə (ərazisi kiçik olan) San-Marino, Vatikan, Monako və s.-dir.
Ölkələr əhalisinin yaşayış səviyyəsinə, istehsal edilən məhsulların həcminə, istehsal və qeyri-istehsal sahələrinin inkişafına görə bir-birindən fərqlənir. Bu xüsusiyyətlərinə görə ölkələr insanların həyat səviyyəsi yüksək olan, orta səviyyədə yaşayan və həyat səviyyəsi aşağı olan qruplara ayrılır. Həyat səviyyəsi yüksək olan ölkələrdə elm, təhsil və səhiyyə güclü inkişaf edir. Belə ölkələrə Amerika Birləşmiş Ştatları, Yaponiya, əksər Avropa ölkələri aiddir.
Həyat səviyyəsi aşağı olan ölkələrdə isə əhalinin əksəriyyəti yoxsuldur. Bu ölkələr, əsasən Afrikada, Asiyada və Cənubi Amerikada yerləşir. Bəzi Afrika ölkələrində isə ərzaq və uşaqların təhsil problemləri daha çoxdur.
Cədvəli çəkin və tamamlayın:
No | Ölkələr | Yerləşdiyi materik | Neçə ölkə ilə həmsərhəddir? | Okeana birbaşa çıxışı var? |
Həyat səviyyəsinə görə necə ölkədir? | Paytaxtı |
1 | Kanada | |||||
2 | Braziliya | |||||
3 | Nigeriya | |||||
4 | Rusiya | |||||
5 | Monqolustan |