Məhsul istehsalı üçün avadanlıq, insanların fiziki və intellektual fəaliyyəti tələb olunur. Hazırda istehsal prosesinə robot və kompüterlər tətbiq oluur. Onları idarə etmək üçün yüksəkixtisaslı mütəxxəssislərə tələbat artır.
Hazır məhsullar supermarket, bazar və müxtəlif dükanlarda satılır. İnsanlar bu məhsulları istehlak edir, yəni alınmış məhsullardan istifadə edirlər. Məhsulların istehsalından əvvəl alıcının, yəni istehlakçının tələbləri, zövqləri nəzərə alınır.
İstehsal sahələrindən başqa qeyri-istehsal sahələri də mövcuddur. Onlara elm, səhiyyə, idman və s. aiddir. AbŞ, Böyük Britaniya, Yaponiya və əksər Avropa ölkələrində qeyri-istehsal sahələrində işləyənlərin sayı çoxdur.
Asiya, Afrika, Cənubi Amerika ölkələrinin əksəriyyətində isə işləyənlərin çoxu istehsal sahələrində - kənd təsərrüfatı və sənayedə çalışır.