İnsanlar geyim və qidaya artan tələbatını ödəmək üçün istehsal etməyi öyrəndilər. Bu, istehsal iqtisadiyyatı adlanır.
Cədvəli çəkin və tamamlayın.
Mənimsəmə iqtisadiyyatında necə əldə olunur? | İstehsal iqtisadiyyatında necə əldə olunur? | |
Geyim | ||
Qida |
Qədim insanlar qidaya və geyimə tələbatlarını _ və_ ilə əldə edirdilər. Zaman keçdikcə__ və inkişaf etmişdir. İnsanların__ iqtisadiyyatından__ iqtisadiyyatına keçməsi istehsalın inkişafı ilə bağlıdır. Əmək alətlərinin hazırlanması__ və _ inkişafına təkan verdi.
Sənaye
Mənimsəmə
Yığıcıllıq
Ovçuluq
Əkinçilik
Heyvandarlıq
İstehsal
Sənətkarlıq
1. Səhv fikirləri doğru olanlarla əvəz edin:
a) Qədim dövr insanları qidaya və geyimə olan tələbatlarını sənətkarlığın
hesabına əldə edirdilər.
b) İlk əmək bölgüsü kişilər və qadınlar arasında olmuşdur. Qadınlar ov
edir, ağac qırır, kişilər isə ovlanan heyvanların dərilərindən geyim hazırlayırdılar.
c) Əhalinin sayının artması ov heyvanlarının azalmasına səbəb
olmuşdur.
Kontur xəritədə ilk yaşayış yerlərini qeyd edin.