Cədvəli çəkin və tamamlayın.
Əlamətlər \ Uşaqların adı | İbrahim | Kristin | Benəzir | Naomi | Ukubala |
Saç rəngləri | |||||
Göz rəngi və forması | |||||
Dərisinin rəngi |
Yer kürəsində yaşayan insanların zahiri görünüşləri müxtəlifdir. Xarici əlamətlərinə, yəni dərisinin rənginə, göz qapaqlarının və dodaqlarının quruluşuna görə fərqlənən belə insan qrupları irqlər adlanır.
Alimlər insanların irqlərə bölünməsini günəş istiliyi, külək, rütubət və s. təbii amillər ilə əlaqələndirirlər.
Müxtəlif irqlərin nümayəndələri
Yer kürəsində insanlar həm də dini inanclarına görə fərqlənirlər. Elə dinlər var ki, ona bir neçə xalqın nümayəndələri sitayiş edir; məsələn, azərbaycanlılar, türklər, farslar və ərəblərin əksər hissəsi islam dininə etiqad edirlər. İngilislər, gürcülər, ruslar əsasən xristiandırlar. Çində, Hindistanda, Monqolustanda isə buddizm daha çox yayılıb. Belə dinlərə dünya dinləri deyilir.
Yer kürəsində yaşayan xalqlar fərqli dillərdə danışır. Lakin bəzi dillər bir-birinə çox yaxındır. Türk, türkmən, özbək, qazax, tatar, qaqauz dilləri Azərbaycan dilinə yaxın olduğuna görə onları başa düşmək mümkündür. Bu dillər türk dili qrupuna aiddir. Adətən, bir dövlətdə yaşayan insanlar eyni dildə – rəsmi qəbul edilmiş dövlət dilində ünsiyyət saxlayırlar. Vətənindən uzaqda yaşayan insanlar öz ana dili ilə yanaşı, yaşadığı ölkənin qəbul olunmuş dövlət dilində danışmalı, yerli xalqın adət-ənənələrinə hörmət etməlidir.