Nilay ötən il Türkiyədə keçirilən “23 nisan - Çocuq bayramı”nda iştirak etmişdi. Bayrama gələn və müxtəlif libaslar geyinmiş uşaqlar fərqli dillərdə danışırdılar. Onların xarici görünüşləri - dərilərinin rəngi, göz quruluşları, saç düzümləri də fərqli idi. Amma bu müxtəliflik Nilayın uşaqlar arasında çoxlu dost tapmasına mane olmurdu.
Şəkillərə əsasən uşaqların xarici görünüşlərini təsvir edin.