X əsrdə ___ Amerikanın şimal-şərqinə səyahət etmişdir. Hindistana ilk dəniz yolunu __ açmışdır. Avropadan qərbə doğru hərəkət edən__ Amerikaya çatdı. Lakin bu ərazilərin “Yeni torpaqlar” olduğunu elan etdi. ___ rəhbərlik etdiyi ekspedisiya 1519-22-ci illərdə ilk dünya səyahətini həyata keçirdi və dünyanın kürə formasında olduğu sübut edildi.
Leyf Eriksson
Fernan Magellan
Xristofor Kolumb
Ameriqo Vespuççi
Vasko da Qama
1. Əlaqəni qurun.
Məşhur səyyahlardan birinə dair təqdimat hazırlayın. Təqdimatı hazırlayarkən verilmiş plandan istifadə edə bilərsiniz.
Təqdimatın hazırlanması planı
1-ci slayd
• Təqdimatın adı
• Hazırlayan (şagirdin adı, soyadı)
2-ci slayd
• Səyyahın şəkli
• Səyyahın tərcümeyi-halı
3-cü slayd
• Ekspedisiya haqqında məlumat
4-cü slayd
• Səyahət xəritəsi
5-6-cı slaydlar
• Ekspedisiyaya aid təsvir, şəkil və rəsmlər
7-ci slayd
• Ekspedisiyanın nəticələri, səyyahın coğrafiya elminə verdiyi töhfələr
8-ci slayd
• Müasir xəritələrdə səyyahın adı ilə əlaqəli coğrafi yerlər
9-cu slayd
• İstifadə edilmiş ədəbiyyat, internet resurslar