O, 241 nəfərlik ekspedisiya ilə İspaniyadan yola düşmüşdür. Onlar Cənubi Amerikanın sahilləri ilə üzərək Böyük okeana çıxmışlar. Filippin adalarında yerli tayfalarla döyüşlərdə Magellan həlak olur, səyahəti isə kapitan Xuan Elkano tamamlayır. Səfər müddətində onlar gəmi ilə qərbə doğru üzmüşdülər. Bu səyahət okeanların bir-biri ilə əlaqəli olmasını aşkara çıxardı və dünyanın kürə formasında olduğunu sübut etdi. Kəşf və səyahətlər xəritədə yaratdığı dəyişikliklərlə yanaşı, insanların dünyagörüşünü də genişləndirdi.
XX əsrdən başlayaraq səyahətlərin məqsədi dəyişmişdir. Hazırda coğrafi hadisə və proseslər tədqiq və izah olunur: məsələn, Norveç səyyahı Tur Heyerdal Sakit okean adalarında yaşayan insanların Cənubi Amerikadan bura gəldiyini fərz etmişdir. Bu fikrini sübut etmək üçün qədim dövrlərin “gəmi”sini hazırlamışdır. Tur Heyerdal sahildən xeyli uzaqda yerləşən adalara üzüb çata bilmişdir.
Hazırda səyyah-turistlər Roma, Paris şəhərləri, Misir ehramları, Hindistanın Tac-Mahalı, Çin səddi kimi görməli yerlərə daha çox səfər edir. Son zamanlar turistlər Antarktidaya və hətta kosmik səfərlərə də maraq göstərirlər.
Cədvəli çəkin və tamamlayın.
Səyyahlar | Dövr | Haradan səyahətə çıxıb | Hansı istiqamətdə üzüb | Hansı nailiyyətlər qazanıb |
Magellan | ||||
Kolumb | ||||
Eriksson | ||||
Vasko da Qama |