Eratosfen, bizim dövrədək qorunub saxlanılmış, ən qədim coğrafi xəritəni tərtib etmişdir. “Coğrafiya” sözünü elmə ilk dəfə məhz o gətirmişdir. Onu “coğrafiyanın atası” adlandırırlar. Bizim eranın II əsrində yaşamış Ptolemey isə xəritə üzərində meridian və paralellərdən istifadə etməklə daha mükəmməl xəritə tərtib etmişdir.
V-XV əsrlərdə (orta əsrlərdə) Şərqdə elmlərin inkişafı xeyli gücləndi. X-XI əsrlərdə Səmərqənddə yaşamış türk dünyasının görkəmli alimlərindən biri Əbu Reyhan Biruni Şərqdə ilk dəfə gildən Yerin kiçildilmiş modelini - qlobusu düzəltmişdir.
XIII əsrdə yaşamış Azərbaycan alimi Nəsirəddin Tusinin xidmətləri daha böyükdür. O, polyak alimi Kopernikdən xeyli əvvəl Yerin Günəş ətrafında dövr etdiyini nəzəri cəhətdən əsaslandirmişdir. N.Tusinin tərtib etdiyi ulduzlu səmanın qlobusu - həmin dövrdə elmi nailiyyətlərin göstəricisidir.
Coğrafi biliklərin inkişafı XV-XVII əsrlərdə böyük coğrafi kəşflər hesabına daha da sürətləndi.
Amerikanın kəşf edilməsi, Yerin kürə formasında olmasının sübutu, okeanların bir-biri ilə əlaqəli olması faktı və s. məhz bu dövrdə praktik olaraq təsdiqlənmişdir.
Cədvəli çəkin. Göstərilən mərhələlər üzrə coğrafi nailiyyətləri qeyd edin.
Qədim dövr (eramızın V əsrinə qədərki dövr) | Orta əsrlər (V-XV əsrlər) | Böyük coğrafi kəşflər dövrü (XV-XVII əsrlər) | Müasir dövr |
Coğrafi biliklərin inkişafında__ coğrafiya elminin yaranması ilə səciyyələnir. Amerikanın kəşf edilməsi__ baş vermişdir. Kosmik tədqiqatlardan istifadə olunan__ coğrafiyanın rolu dəyişmişdir.
Müasir dövr
Böyük coğrafi kəşflər dövrü
Qədim dövr