Kontur xəritələr üzərində hər hansı mövzuya aid məlumatları əks etdirmək mümkündür; məsələn, əhalinin sıxlığı, yağıntının paylanması, faydalı qazıntıların yerləşməsi və s. Belə xəritələr tematik xəritələr adlanır. Xəritələrdə əks olunan məlumatlar rənglər, oxlar, nöqtələr və digər şərti işarələrdən istifadə edilməklə təsvir olunur.

Müxtəlif məzmunlu xəritələr atlaslarda toplanır.

Öyrəndiklərinizi tətbiq edin

Cədvəli çəkin. Mövzudakı xəritələri təhlil edərək cədvəli tamamlayın.

Xəritənin adı Hansı məlumatları əldə etmək olar?
   
   

Nə öyrəndiniz

Coğrafi xəritələr hər hansı ərazinin üzərində qurulur. Xəritədə dövlətlər təsvir olunursa, bu,__-dir. Xəritədə dağ və düzənliklər təsvir edilmişsə, bu,__ -dir. Xəritələr hər hansı mövzudan bəhs edirsə, onlar __-dir.

Açar sözlər

Fiziki xəritə
Kontur xəritə
Siyasi xəritə
Tematik xəritə

Öyrəndiklərinizi yoxlayın

Mətndə verilmiş dərinlik və yüksəklik şkalasına əsasən, xəritədə verilmiş A, B, C, D məntəqələrinin yüksəkliklərini müəyyən edin.