Siz dünya və Azərbaycanı əks etdirən çoxlu sayda xəritələr görmüsünüz. Onlardan müxtəlif sahələrdə - televiziyada hava proqnozu verilərkən, yaxud tarix dərslərində istifadə olunur.
Mütəxəssislərin hansı
xəritələrdən istifadə edəcəyini
müəyyən edin.
1. Mühəndislər yol çəkən zaman
ərazinin dağlıq və düzənlik
olduğunu nəzərə alırlar.
2. Əkinçiliklə məşğul olanlar
üçün ərazidəki istilik və
yağıntının miqdarını bilmək
vacibdir.
3. Siyasətçilər dövlətlər
arasındakı münasibətləri
təhlil edərkən həmin ölkələrin
coğrafi mövqeyini nəzərə
alırlar.
Siyasi xəritə
Fiziki xəritə
İqlim xəritəsi
Xəritələr müxtəlif məzmunlu ola bilər. Lakin onların ümumi cəhətləri var:
1. Ərazilər kiçildilmiş şəkildə təsvir olunur.
2. Meridian və paralellər çəkilir.
3. Şərti qəbul olunmuş işarələr ilə təsvir edilir.
4. Ərazinin yerləşdiyi məkanı təyin etmək mümkündür.
Xəritələrdə bütün dünya, hər hansı region və ya dövlət təsvir oluna bilər.
Xəritələr rəngsiz çəkilə bilər. Belə xəritələr kontur xəritələr adlanır.
Kontur xəritədə ölkələrin dövlət sərhədlərini qeyd etdikdən sonra onları müxtəlif rəng çalarları ilə boyamaq olar. Nəticədə siyasi xəritə alınır. Siyasi xəritələrdə ölkələrin paytaxtı və iri şəhərlər də qeyd edilir.