Materiklər coğrafi, qitələr isə tarixi anlayışlardır.
Yer səthini örtən nəhəng su sahəsi Dünya okeanıdır. Dünya okeanı 4 hissədən ibarətdir: Sakit (və ya Pasifik), Atlantik, Hind və Şimal Buzlu (və ya Arktik) okeanı. Sahəsinə görə ən böyük okean Sakit, ən kiçik isə Şimal Buzlu okeanıdır.
Hazırda alimlər 5-ci Cənub okeanının olduğunu qəbul edirlər.
Materiklər | Okeanlar |
Yer kürəsində ən böyük quru sahələri___adlanır. Nəhəng su hissələri isə __-dır. Yer kürəsində materiklərin sayı__ , okeanların sayı isə __dür. Avrasiya materiki iki__ - Avropa və Asiyadan ibarətdir.
Qitə
Materik
Okean
1. Cədvəli çəkin və tamamlayın. Materik və okeanlar üçün səciyyəvi olan əlamətləri təyin edin.
Materik / okean | Səciyyəvi əlamət |
Avrasiya | |
Antarktida | |
Avstraliya | |
Sakit okean | |
Şimal Buzlu okeanı | |
Afrika | |
Şimali Amerika | |
Cənubi Amerika |
2. Cədvəli çəkin və tamamlayın. Materik və okeanları qruplaşdırın:
Ekvatordan şimalda yerləşənlər | Ekvatordan cənubda yerləşənlər | Ekvator xəttinin kəsdiyi | |
Materik | |||
Okean |