№ | Müəyyən etmək olarmı? | Aerofotoşəkildə | Planda |
1 | Şəhər, kənd və çayın adını | - | + |
2 | Çayın axdığı istiqaməti | ||
3 | Meşədəki ağacların enliyarpaqlı və ya iynəyarpaqlı olmasını | ||
4 | Ərazidən keçən yolu | ||
5 | Ərazidə gölün mövcud olmasını | ||
6 | Yaşayış məntəqəsinin formasını |
Məhəllin şəkli onun haqqında ümumi məlumat verir. Ərazinin planı isə kiçildilmiş, sadələşdirilmiş və şərti işarələrlə təsvir olunur. Aerofotoşəkil və kosmik şəkillər məhəllin planını tez və düzgün tərtib etməyə imkan verir. Plan tərtib edilərkən ərazidə olan obyektlər qəbul edilmiş şərti işarələrlə təsvir olunur. Adından göründüyü kimi, bu işarələr şərtidir, yəni onlar, sadəcə, nəzərdə tutulan obyekti ifadə edir.
Şərti işarələr 3 qrupa ayrılır: konturlu, xətti və mıqyassız.
1. Yer səthində böyük sahəyə malik olan ərazilər (göllər, meşələr, bağlar və s.) kiçildilərək planda konturlu şərti işarələrlə təsvir olunur.
2. Zolaq şəklində uzanan obyektlər (yol, kanal, çay) planda xətti şərti işarələrlə təsvir olunur. Bu şərti işarələr obyektin yalnız uzunluğunu təyin etmək üçün nəzərdə tutulur.
3. Məhəldə aydın seçilən bəzi obyektlər (zavodlar, qüllələr, körpülər) miqyassız şərti işarələrlə göstərilir. Belə şərti işarələrin köməyi ilə obyektin ancaq mövqeyini müəyyən etmək mümkündür.
Planda yuxarı hissə şimal, aşağı hissə cənub, sağ tərəf şərq, sol tərəf isə qərb istiqaməti göstərir. İstiqamətləri dəqiq müəyyən etmək üçün planın yuxarı küncündə şimal-cənubu göstərən ox işarəsi təsvir olunur.