Tapşırıq.
Təchizat: A4 ölçülü vərəq, xətkeş, karandaş.
İşin gedişi:
1. Partanın eni və uzunluğunu ölçün. Göstəriciləri dəftərdə qeyd edin;
məsələn: uzunluğu 120 sm, eni 70 sm.
2. Partanı A4 vərəqdə təsvir etmək üçün onun en və uzunluğunu
kiçildin.
3. Vərəqin küncündə partanın həqiqi ölçülərinin 1 sm-də nə qədər
olduğunu qeyd edin.
Yer səthində olan əraziləri kağız üzərində təsvir etmək üçün onların ölçülərini kiçiltmək lazımdır. Bunun üçün miqyasdan istifadə olunur. Miqyas plan və xəritələrdə həqiqi məsafələrin neçə dəfə kiçildiyini göstərir.
a Parkın təsviri həqiqətdə olduğundan 500 dəfə kiçik çəkilmişdir. Bu miqyas birin - beş yüzədir. Bu, belə yazılır: 1:500. Yəni təsvir üzərindəki 1 sm məsafə - həqiqi ərazidə 500 sm-ə bərabərdir.
Miqyas 1:500