Kompas üzərində çevrənin dərəcə bucaqları yazılır. Dərəcələrə görə, şimal istiqamət - 0° (360), cənub - 180°, şərq - 90°, qərb isə 270°-dir . Üfüqün istiqamətlərinin dərəcələrlə ifadə olunması azimut adlanır.
“Azimut ” sözünün ərəbcədən tərcüməsi də “ yol ” və ya “ istiqamət ” deməkdir. Azimut bucağı şimal istiqamətdən başlayaraq saat əqrəbi üzrə hesablanır.
Müasir dövrdə istiqamətləri müəyyən etmək üçün daha rahat və asan idarə olunan cihaz - naviqator mövcuddur. GPS naviqator bir korpusda yerləşən qəbuledici və kompüterdən ibarətdir. Yolu tapmaq üçün öz ünvanınızı və ya axtardığınız ünvanı sistemə daxil etmək kifayətdir.
Kompasdan istifadə.
1. Kompası əlinizdə tutun və ya üfüqi səthə qoyun.
2. Kompası elə çevirin ki, əqrəbin rəngli ucu N (şimal) yazılan tərəfi göstərsin.
3. Kompasın yerini dəyişmədən sizdən şimalda, cənubda, şərqdə və qərbdə
hansı əşyaların yerləşdiyini müəyyən edin.
Üfüqün istiqamətlərini təyin etmək üçün__ istifadə edilməsi ən etibarlı üsuldur. Bu cihazın əqrəbi Yerin __ istiqamətlənmişdir. Kompasda üfüqün cəhətləri ilə yanaşı, bucaqlar da qeyd olunmuşdur; məsələn, üfüqün şimal tərəfi__, cənub tərəfi__ , şərq tərəfi__, qərb tərəfi__ °-dir.
Maqnit qütbləri
Azimut
Kompas
Kompasa əsasən evinizdə olan pəncərələrin və qapının hansı tərəfə açıldığını müəyyən edin. Alınan nəticələri bundan əvvəlki dərsdə günəşə görə cəhət təyininə əsasən apardığınız müşahidələr ilə müqayisə edin.