Bizi əhatə edən açıq ərazi__ -dür. Şimal, cənub, şərq və qərb __-dir. Lakin__ də vardır. Cəhətləri təyin etmək üçün müxtəlif üsullar mövcuddur: __, __, __.
Qütb ulduzu
Günəşə görə
Yerli əlamətlər
Əsas cəhətlər
Üfüq
Aralıq cəhətlər
Səhər tezdən günəşin göründüyü istiqaməti müəyyən edin. Evinizdəki pəncərələrin və qapının üfüqün hansı tərəfinə açıldığını təyin edin.
...Karvan ucsuz-bucaqsız Qobi səhrası ilə gedirdi. Günəş sarı toz dumanına bürünmüşdü. Karvanbaşının diqqəti qiymətli yüklərin arasında olan ağ gil qabda idi. Onun içindəki nə qızıl, nə mirvari idi. Qabdakı suda üzən taxta parçası üzərində metal iynə bərkidilmişdi. Metal və taxta parçası həmişə eyni istiqaməti göstərirdi. Gündüzlər günəş, gecələr ulduzlar görünmədikdə bu “qurğu” onlara düzgün istiqamətdə hərəkət etməyə kömək göstərirdi.
Təchizat: su ilə dolu qab, iynə, kağız, maqnit parçası.
İşin gedişi:
1. İynəni maqnit parçasının üzərində 5-10 dəqiqə saxlayın.
2. Kağızı suyun üzərinə ehmalca qoyun (a).
3. Sonra iynəni də kağızın üzərinə qoyun.
4. Kağızı suyun üzəri ilə azacıq itələyin və dayananda iynənin
ucunun hansı istiqamətə yönəldiyinə diqqət yetirin.
5. Kağızı yenidən tərpədin, dayandıqdan sonra iynənin ucunun
hansı istiqamətə yönəldiyinə bir daha diqqət yetirin (b).
Bunu bir neçə dəfə təkrarlayın.
Üfüqün cəhətlərini dəqiq təyin etmək üçün insanlar kompası ixtira etmişlər. Kompasın əqrəbi daim şimal-cənub istiqamətini göstərir. Bu, Yerin maqnit sahəsi və qütbləri ilə əlaqədardır. Maqnit qütbləri Şimal və Cənub qütblərinə yaxın yerləşir (müvafiq olaraq Kanada arxipelaqı və Antarktidada).