Gecələr də üfüqün cəhətlərini təyin etmək mümkündür. Bunun üçün səmada iri və parlaq ulduzlardan biri olan Qütb ulduzunu tapmaq tələb olunur. Bu ulduz Şimal qütbü üzərində yerləşdiyinə görə şimal istiqamətini göstərir. Cənub yarımkürəsindən Qütb ulduzu görünmür.
Günəş və Qütb ulduzundan başqa, üfüqün cəhətlərini yerli əlamətlərə görə də müəyyən etmək olar; məsələn, Azərbaycanda məscidlərin qapısı qibləyə, yəni müqəddəs Məkkə şəhərinə tərəf açılır. Bu isə üfüqün cənub-qərb istiqamətini göstərir.
Şimal yarımkürəsində olan iri qaya parçalarının və ya ağac gövdələrinin şimal tərəfi mamır ilə örtülü olur.
Məhəldən fərqli olaraq sxem və planda istiqamətlər aşağıdakı kimi müəyyən edilir:
Şimala doğru |
Cənuba doğru | Şərqə doğru |
Qərbə doğru |
Şimal-şərqə doğru | Şimal-qərbə doğru | Cənub-şərqə doğru | Cənub-qərbə doğru |
Cədvəli çəkin. Bakı metropoliteninin sxeminə əsasən qatarların hərəkət istiqamətlərini müəyyən edin.