Bu ərazilərdə iki mövsüm var: quraq və yağıntılı. Antarktida və Şimal Buzlu okeanında isə hər zaman soyuq olur. Günəş şüaları Yer səthinə kiçik bucaq altında düşdüyünə görə səth qızmır.
Fəsillərin dəyişməsi Yer kürəsində canlı və cansız təbiətə təsir göstərir. İldən-ilə təkrarlanan hadisələr illik ritmlər adlanır.
Sxemdə verilən tarixlər Şimal yarımkürəsi üçün vəziyyəti əks etdirir:
a) Yay fəslidir, ən uzun gündüz və ən qısa gecədir.
b) Payız fəslidir, gecə və gündüzün uzunluğu bərabərdir.
c) Qış fəslidir, ən qısa gündüz və ən uzun gecədir.
d) Yaz fəslidir, gecə və gündüzün uzunluğu bərabərdir.
— Verilmiş tarixlərdə Cənub yarımkürəsində fəsilləri müəyyən edin və əsaslandırın.
Yer kürəsinin Günəş ətrafında fırlanması nəticəsində__ yaranır. 22 iyun __, 22 dekabr isə __ adlanır. 21 mart və 23 sentyabr isə __ müvafiq olaraq__ və__ adlanır.
Qış gündönümü
Yay gündönümü
Fəsillər
Yaz gecə-gündüz bərabərliyi
Payız gecə-gündüz bərabərliyi
1. Səhv fikirləri doğru olanlarla əvəz edin:
a) Yerin Günəş ətrafında fırlanması nəticəsində gecə və
gündüz yaranır.
b) Qütb ətrafında ilin yarısı Günəş görünmür.
c) Yaz gecə-gündüz
bərabərliyi günü Şimal yarımkürəsi Günəşdən daha çox işıq və istilik alır.