Yerin sutkalıq hərəkəti təkrarlanan, yəni ritmik prosesdir. Yer üzə rində yaşayan canlı aləm, əsasən, ona uyğunlaşmışdır. Təbiətdə canlıların yuxu rejimi, həyat fəaliyyəti gecə-gündüzlə nizamlanır. İnsanların iş vaxtı, təhsil müəssisələrinin fəaliyyəti, radio və televiziya verilişləri proqramları da sutkanın vaxtına uyğun tənzimlənir.
Yer kürəsi__ ətrafında fırlanır. Bu, təkrarlanan
hərəkət olub__ -dir.
Fırlanma müddəti 24 saat olub__ adlanır. Yer
kürəsinin fırlanma istiqaməti__ -dən __ doğru olub
daim təkrarlanır.
Yerin fırlanma istiqamətinə uyğun olaraq Bakıdan _
tərəfdə yerləşən məntəqələrdə vaxt daha irəlidədir.
Bakıdan__yerləşən məntəqələrdə isə vaxt daha geridir.
Xəyali ox
Sutka
Qərb
Şərq
Ritmik proses
Səhv fikirləri doğru olanlarla əvəz edin:
a) Qütblərdə işıqlı vaxtın uzunluğu 1 ildir.
b) Sutkanın uzunluğu 12 saatdır.
c) Bakıdan şərqdə yerləşən məntəqələr vaxt etibarilə geridədir.
d) Azərbaycanda qış aylarında sutkanın gündüz vaxtı gecədən daha uzun olur.