Çəkilmə zamanı isə su geriyə çəkilir.
Okean sahilində yerləşən ölkələr qabarma və çəkilmədən müxtəlif məqsədlər üçün istifadə edir; məsələn, Kanada, Fransa, ABŞ, Rusiya və digər ölkələrdə qabarma elektrik stansiyaları fəaliyyət göstərir. Qabarma və çəkilmə hadisəsi balıq ovu üçün də əhəmiyyətlidir. Su kütləsi ilə sahilə gələn minlərcə dəniz canlısını orada tor qurmaqla əldə etmək mümkündür.
Dünyada ən böyük qabarma və çəkilmə hadisəsi Şimali Amerikada
Fandi körfəzində baş verir. Burada qabarma zamanı suyun
səviyyəsi 18 m-ə çatır.
Günəş tutulması hadisəsi də Ay ilə
əlaqədardır: Yer, Ay və
Günəş eyni xətt boyunca düzüldükdə Ay Günəşin işığının qarşısını
kəsir və Yerdən Günəş tutulmuş kimi görünür. Günəş tutulması
zamanı havanın temperaturu düşür, hava qaralır.
Quşlar və heyvanlar narahat səslər çıxarır.
Aya ilk ayaq basan Yer sakini Nil Armstronqdur. O, 1969-cu ildə ABŞ-ın “Apollon-11” kosmik gəmisi ilə Ay səthinə enmişdir. 1970-ci ildə isə Rusiyanın “Lunoxod” kosmik aparatı Aydan xeyli miqdarda süxur nümunələri gətirməyə müvəffəq olmuşdur.