Strateji məntəqə - ümumi hərbi məqsədləri həyata keçirmək üçün əhəmiyyətli məntəqə.
Murov dağının düşməndən azad olunması döyüş bölgələrinə nəzarət etməyə imkan verdi. Düzənliklərə nisbətən dağlıq ərazilərdə hərbi texnikanın hərəkəti çətindir. Belə ərazilərdə igid əsgərlərimiz əlbəyaxa döyüşlər aparmış və qalib gəlmişdir. Belə döyüşlərdən ən şərəflisi - sıldırım qayalar üzərində yerləşən Şuşanın alınmasıdır.
Şuşa - Azərbaycanın mədəniyyət paytaxtıdır. O, məşhur
musiqiçi və yazıçıların vətənidir. Şuşa - Qarabağın
simvoludur (burada daim təmiz və aydın hava olduğuna
görə onu “şüşə” - adlandırmışlar). Şuşa “alınmaz qala”
hesab edilir.
Azərbaycan ordusu 2020-ci il, 8 noyabrda Şuşada tarixi
qələbə qazanaraq erməni ordusunu məğlub etmişdir.
Vətən müharibəsində qazanılan qələbənin Azərbaycan üçün tarixi və mədəni əhəmiyyətləri ilə yanaşı, həmçinin vacib iqtisadi əhəmiyyəti də vardır.
Qarabağ ərazisində olan dağlar qızıl, mis, və digər metallar ilə zəngindir. Onların çıxarılması ölkə sənayesinin inkişafı üçün geniş imkanlar yaradacaqdır.
Qarabağdakı mineral sular, meşələr gələcəkdə turizmin inkişafına təkan verəcəkdir. Çaylar üzərindəki su elektrik stansiyaları elektrik enerjisini almağa, su anbarları isə suvarmanı genişləndirməyə imkan verəcəkdir. Buradakı mineral və içməli suları xarici ölkələrə ixrac etmək mümkün olacaqdır.
Qarabağın münbit torpaqları taxıl və digər bitkilərin becərilməsi üçün əlverişlidir. Dağ çəmənlikləri maldarlıq və qoyunçuluq üçün əvəzedilməzdir.
Qarabağın azad edilməsi Azərbaycanın Naxçıvan və qardaş Türkiyə ilə birləşdirəcək nəqliyyat yollarının açılmasına da imkan yaratmışdır.
II Qarabağ müharibəsində Azərbaycan ordusu ilk növbədə ___ ələ keçirdi. Qarabağın zəngin təbii ehtiyatları ___ və ___ inkişafına böyük imkanlar vardır. Qarabağdan keçən yollar ___ və ___ ilə nəqliyyat əlaqəsini asanlaşdıracaqdır. Qarabağın azadlığı uğrunda şəhid olanların xatirəsini əbədiləşdirən simvol kimi ___ qəbul edilmişdir.
Strateji məntəqə
Sənaye
Kənd təsərrüfatı
Naxçıvan
Türkiyə
Xarıbülbül