Ay daim Yerin ətrafında fırlanan səma cismidir. Onu Yerin təbii peyki adlandırırlar. Yer və Ay arasında 384 min km məsafə vardır. Ay işıq saçmır, o, səthinə düşən Günəş şüalarını əks etdirir. Ayda atmosfer yoxdur, ona görə də küləklər əsmir. Ayın səthində temperatur gündüzlər +160°C-yə yüksələ, gecələr isə -150°C-yə qədər enə bilər. Ayın səthi hamar deyil. Orada geniş çökəklik və dağlar çoxdur. Çökəklikləri Ay səthinə düşən kosmik cisimlər yaratmışdır.
Ay və Yer bir-birini cəzb edir. Bu cazibə qüvvəsi Dünya okeanında qabarma və çəkilmə hadisəsinə səbəb olur. Qabarma zamanı okeanda suyun səviyyəsi qalxır, su sahili basır.