Günəş sisteminə daxil olan Merkuri, Venera, Yer və Marsın ölçüləri böyük deyil. Digər planetlər – Yupiter, Saturn," Uran, Neptun – nəhəngdir. Bu planetlərin tərkibi qazabənzər maddələrdən təşkil olunmuşdur.
Planetlər | Günəşdən olan məsafəsi (milyon km) | Planetlərin səthində orta temperatur (°C ilə) | Günəş ətrafında dövretmə müddəti (il) |
Merkuri | 58 | 167 | 0,2 |
Venera | 108 | 464 | 0,6 |
Yer | 150 | 14 | 1,0 |
Mars | 227 | -65 | 1,9 |
Yupiter | 778 | -110 | 11,9 |
Saturn | 1427 | -140 | 29,5 |
Uran | 2871 | -195 | 84,0 |
Neptun | 4498 | -200 | 164,8 |
Mars və Yupiter planetləri arasında asteroidlər adlanan, milyonlarca kiçik, bərk kosmik toz və daşlar hərəkət edir. Fərziyyəyə görə, asteroidlər nə vaxtsa mövcud olmuş planetin qalıqlarıdır. Asteroidlər bəzi hallarda öz orbitindən çıxıb fəzada hərəkət edir. Yerə düşəndə onlar təbii fəlakətlərə səbəb ola bilər; məsələn, bəzi tədqiqatçıların fikrincə, Yer kürəsində dinozavrların məhv olması nəhəng bir səma cisminin Yerə düşməsi ilə əlaqədardır.
Şamaxı rəsədxanası. Süd yolu qalaktikası gecələr səmada bulud olmadığı vaxtda ağ rəngli zolaq kimi görünür.
Milyonlarca ulduz və planetlər qalaktikalar əmələ gətirir. Günəş sistemi Süd yolu qalaktikasında hərəkət edir.