Günəş sistemi – Günəş, planetlər, peyklər və asteroid, komet və meteorlardan təşkil olunmuşdur. Günəş nəhəng ulduzdur. Onun diametri Yerdən təqribən 110 dəfə böyükdür. Bu qızmar kütlənin səthində temperatur 6000°C-yə çatır. Günəşin səthindən çıxan qızmar istilik kosmik fəzaya yayılır. Günəş istiliyinin və işığının yalnız kiçik bir hissəsi Yerə çatır. Günəş sisteminin tərkibinə daxil olan bütün planetlər formasına görə kürəyə bənzəyir. Hər bir planet Günəş ətrafında müəyyən xətt üzrə hərəkət edir. Bu, orbit xətti adlanır (“orbit” latınca “yol” deməkdir).