Meşələr - planetimizin “ ağciyərləridir ”. Ekvatorial meşələr ilboyu havanı oksigenlə təmin edir. Onların ən böyük sahəsi Cənubi Amerikada Amazon ovalığında yerləşir.
Lakin bu meşələrin sahəsi sürətlə azalır. Meşələrin qırılmasının əsas səbəbi - kənd təsərrüfatının inkişafı, faydalı qazıntıların çıxarılması, ağac tədarükü, kağız və mebel istehsalı, yol tikintisidir.
Meşələr Amazoniyada yerləşən ölkələrin iqtisadiyyatının inkişafında böyük rol oynayır. Lakin bu ərazilərdə yerli xalqlar yaşayır. Sənaye və kənd təsərrüfatının inkişafı onların həyat tərzini pozur. Yerli əhali ilə torpaq mülkiyyətçiləri, iş adamları, tikinti şirkətləri arasında mübahisələr yaranır.