Qarabağ - Azərbaycanın qərbində yerləşən ərazidir. Araz çayından başlayaraq Murov silsiləsinə və Qarabağ düzündən Ermənistan sərhədlərinə qədər olan ərazini əhatə edir. Qarabağ ərazisi düzən və dağlıq hissələrə bölünür. Ən mühüm düzən ərazilər Qarabağ və Gəyən düzləridir. Qarabağın böyük bir hissəsi Kiçik Qafqaz dağlarından ibarətdir. Ən yüksək zirvələri Camışdağ, Dəlidağ, Böyük Kirs və Hinaldağdır.
Qarabağ füsunkar gözəlliyə malik çay, göl, şəlalələri ilə məşhurdur. Bərgüşad Həkəriyə, Həkəri isə Araza, Tərtərçay və Qarqar çayları Kürə tökülür. Qarabağda öz gözəlliyi ilə seçilən Böyük Alagöl, Kiçik Alagöllər vardır.
Qarabağ içməli suyu və müalicəvi əhəmiyyəti olan bulaqlarla da zəngindir. Bulaqlardan ən məşhuru Kəlbəcərdə İstisu, Şuşada isə İsa bulağı və Turşsudur. Qarabağ zəngin bitki örtüyü və münbit torpaqları ilə də məhşurdur.
Uzun illər ərzində düşmən yeraltı sərvətləri talan etmiş, meşələri qırmışdır. Azərbaycan əhalisinin bir zamanlar firavan yaşadığı abad kəndlər, şəhərlər məhv edilmişdir. Düşmənlər buradakı binaları, məscidləri, yaşayış evlərini, yolları, elektrik dirəklərini, hətta qəbirstanlıqları da dağıtmışlar. Qarabağda olan coğrafi obyektlərin adlarını dəyişdirmiş, onlara erməni adları qoymuşdular. İşğaldan azad ediləndən sonra prezidentin verdiyi qərara əsasən bu ərazilərin əvvəlki tarixi adları özlərinə qaytarılmışdır; məsələn, Suqovuşan, Çinarlı.
Vətən müharibəsinin ilk günlərindən Azərbaycan ordusu strateji nöqtələri ələ keçirdi.