Torpaqdakı soxulcan, qarışqa, müxtəlif həşərat və mikroorqanizmlər - çürüntülərin humusa çevrilməsində iştirak edirlər.
Torpağın rəngi humusun miqdarından asılı olaraq dəyişir.
Yer kürəsindəki torpaqlar rənginə, tərkibinə, məhsuldarlığına görə
fərqlənir. Bunun başlıca səbəbi həmin ərazilərin iqlim şəraitidir.
a
Qırmızı torpaqlar.
Ekvatorboyu ərazilərdə yayılmışdır.
Tərkibində dəmir və
digər metallar çoxdur.
b
Qaratorpaq.
Çöl zonasında
yayılmışdır. Bitki mənşəli
çürüntü ilə zəngindir. Humus
qatı qalın olduğuna görə
məhsuldardır.
c
Boz torpaqlar.
Bitki aləminin
kasıb olduğu ərazilər üçün səciyyəvidir.
Tərkibində humusun miqdarı azdır. Abşeronda
və Kür-Araz ovalığında geniş
yayılmışdır.
Təbii halda 1 sm torpaq qatı 100-150 ilə yaranır. Torpağın məhv edilməsi isə çox asandır. Güclü küləklər torpağın üst qatını havaya sovurur, leysan yağışlar humusu yuyub aparır. Lakin torpağa ən böyük ziyanı insan vurur. Ağacların kəsilməsi, kolluqların yandırılması, mineral gübrələrin həddindən artıq verilməsi torpaqların məhvinə səbəb olur.