Təcrübə.
Təchizat: ovula bilən kəsək (qurumuş palçıq hissələri) parçaları,
banka, su, quru ot və yarpaq qırıntıları.
İşin gedişi:
Torpaq yerin üst məhsuldar qatıdır. O, bitkiləri lazım olan qidalı maddələrlə təmin edir. Torpağın əmələ gəlməsi - təbii bir prosesdir. Aşınma nəticəsində iri süxurlar xırdalanır və kiçik hissələrə ayrılır. Torpağın bu hissəsi minerallardan ibarət olduğuna görə mineral tərkib adlandırılır.
Zaman keçdikcə bitki və heyvanların çürümüş qalıqları torpağın mineral tərkibinə qarışır. Humus-çürüntü adlanan bu hissəyə torpağın üzvi tərkibi deyilir.
Süxurlar və humus torpağın münbitliyi üçün kifayət etmir. Torpaqda həm də hava və su olmalıdır. Bunun üçün torpaq məsaməli olmalıdır. Torpaqda olan su oradakı qidalı elementləri həll edir və bitkilər üçün yararlı hala salır.