İqlim komponenti gözlə görünməsə də, TK-lərin formalaşmasında aparıcı rol oynayır.
TK-lərin ölçüləri fərqlidir. Ən nəhəng TK-lərdən biri təbii zonalardır. Onlar ekvator xəttinə paralel olaraq zolaq şəklində yerləşir. Təbii zonalara misal olaraq savanna, səhra, meşə, tundra, çöl və s.-ni göstərmək olar.
TK-lərin özünəməxsus iqlimi, torpaq və bitki örtüyü, heyvanat aləmi olur. TK-lərin zahiri görünüşü bitki örtüyü ilə fərqlənir; məsələn, meşə - ağaclarla, çöl - otlarla, səhra isə bitkisiz olması ilə səciyyələnir.
TK-lərin insanlar tərəfindən mənimsənilməsi fərqlidir. Tundra və səhra daha az mənimsənilmişdir. Çöl, enliyarpaqlı meşə, savannalarda insanlar daha çox məskunlaşdığına görə onların təbiəti xeyli dəyişilmişdir.