Gölün yaranması üçün çökəklik tələb olunur. O, göl çuxuru adlanır. Bu çuxura su toplanır və göl yaranır.
Əmələ gəlməsinə görə göl çuxurları müxtəlif olur:
Tektonik
Göl çuxurlarının əksəriyyəti tektonik proseslər
nəticəsində əmələ gəlir. Onları tektonik
mənşəli göl adlandırırlar. Yer səthindəki
çatlarda yaranan belə göllər dərin olur.
Dünyanın ən dərin gölləri Baykal, Tanqanika
gölləri buna misal ola bilər.
Vulkanik
Bəzi göllər sönmüş vulkan kraterlərində
yerləşir. Onların çuxurları da daxili proseslər
nəticəsində əmələ gəlir. Qarabağ vulkanik
yaylasındakı Qaragöl belə göllərdəndir.
Axmaz
Axmazlar çayların dərəsində formalaşır.
Zaman keçdikcə çaylar öz axın istiqamətini
dəyişir və köhnə yataqda göl yaranır. Azərbaycan
ərazisində ən böyük göl - Sarısu
gölü - axmazdır.
Uçqun
Güclü zəlzələdən qayaların uçaraq çay dərələrinin
qarşısını kəsməsi nəticəsində uçqun
və ya bənd gölləri əmələ gəlir. Göygöl, Maralgöl
belə göllərdəndir.
Göllərin bəzilərindən çaylar başlaya bilir. Onlara axarlı göllər deyilir; məsələn: Baykal gölü. Bəzi göllər isə qapalı olur. Onlar axarsız göllərdir. Yer kürəsinin ən böyük gölü olan Xəzər buna misal ola bilər. Xəzər qədim okeandan qalmış su hövzəsidir. Buna görə də Xəzər relikt göl hesab olunur. Böyüklüyünə və canlı aləminə görə Xəzərə dəniz deyilir.