Cədvəli çəkin və tamamlayın. Azərbaycanın xəritələrindən istifadə etməklə sərhədboyunda yerləşən coğrafi obyektləri (göl, dağ, çay, düzənlik) müəyyən edin.
Ölkə | Rusiya | Gürcüstan | Ermənistan | Türkiyə | İran |
Coğrafi obyekt |
Azərbaycan quruda 5 dövlətlə həmsərhəddir. Respublikamız dünyanın ən böyük gölü olan - dənizinin sahilindədir. Azərbaycan_, _və_ əhatə olunmuşdur. Dağlar arasında geniş__ düzənliyi yerləşir.
Böyük Qafqaz
Kiçik Qafqaz
Kür-Araz
Talış
Xəzər
1.
Səhv fikirləri doğru olanlarla əvəz edin:
– Azərbaycan Avrasiya materikində yerləşir.
– Avrasiya dünyanın ən kiçik materikidir.
– Azərbaycan Qara dəniz suları ilə əhatələnir.
– Respublikamız şərqdə dağlarla əhatə olunmuşdur.
– Kür çayı Azərbaycan və Rusiya Federasiyası sərhədi boyunca axır.
– Azərbaycanın ən yüksək zirvəsi Bazardüzüdür.
2. Hansı ölkələrlə sərhədlərimiz çay boyunca keçir?
1. İran. 2. Rusiya. 3. Ermənistan. 4. Türkiyə. 5. Gürcüstan.
Beynəlxalq Məktəbli Forumunda belə qərar qəbul edildi: iştirakçılar digər ölkələrdə yaşayan yaşıdları üçün öz ölkələrinə aid məlumat kitabı tərtib etsinlər. Kitabın mündəricatının aşağıdakı bölmələrdən ibarət olması planlaşdırıldı:
Sizin maraqlarınıza uyğun olan bölməni seçin. Müxtəlif mənbələrdən istifadə edərək kitabın bir bölməsini tərtib edin.