Çayların mənsəbi onun dənizə, gölə, başqa bir çaya töküldüyü yerdir. Kürün mənsəbi Xəzər dənizi, Arazın mənsəbi isə Kür çayıdır. Çaylar mənbəyindən mənsəbinə qədər özü yaratdığı dərə ilə axır. Elə çaylar var ki, onların dərəsi çox dar olur. Onlar əsasən sürətlə axan dağ çaylarıdır. Dağ çayları su-elektrik stansiyalarının tikintisi üçün əlverişlidir. Düzənlik çayları sakit axır. Dərələri enli olur. Quraqlıq ərazilərdən keçən Hind, Amudərya və Nil çaylarından suvarmada geniş istifadə olunur.
Axın istiqaməti boyunca çaya digər çaylar - qollar tökülə bilər. Çay öz qolları ilə birlikdə çay sistemini yaradır.
Uca zirvələrdəki buzlaq və qarın ərinti suları, dağ gölləri, bataqlıqlar çayların qidalanması üçün mənbə ola bilər. Qidalanma mənbəyindən asılı olaraq çaylar müxtəlif vaxtlarda daşır. Kür, Lena, Yenisey, Ob, Volqa kimi çaylarda yazda qar əriyən zaman suyun səviyyəsi artır. Dünyanın ən bol sulu çayları olan Amazon və
Konqonun səviyyəsi, demək olar ki, dəyişmir. Çünki bu çayların keçdiyi ərazilərdə ilboyu yağış yağır. Xuanxe və Mekonq çayları isə yayda daşır. Bunun səbəbi isə yay mussonlarıdır.
Kür çayı üzərində Mingəçevir
Su Elektrik Stansiyası