Mətni oxuyun və cədvəli tamamlayın.
Kolorado çayı Şimali Amerikanın qərbində axır. Uzunluğu 2330 kmdir. Çay Kordilyer dağlarından başlayır və Kaliforniya körfəzinə tökülür. Çayın axdığı dərə çox dərindir - 1800 m. Kolorado çayı üzərində çoxlu sayda şəlalə vardır. Yaz yağışları vaxtı çayda suyun səviyyəsi çox artır. Koloradonun təsərrüfat əhəmiyyəti böyükdür. Çay üzərində bir neçə su-elektrik stansiyası var.
Amudərya çayı Mərkəzi Asiyadadır. O, Pamir dağlarından başlayır. Çayın suyu uca zirvələrdəki qar və buzlaqların əriməsi hesabına yığılır. İsti yay aylarında suyun səviyyəsi qalxır. Amudəryanın uzunluğu 1415 kilometrdir. Çayın suyundan suvarmada geniş istifadə olunur. Dünyanın ən uzun Qaraqum kanalı bu çaydan çəkilmişdir. Amudərya çayının suyunun 45% -i bu kanal vasitəsilə əkin sahələrinə ötürülür. Turan ovalığında geniş pambıq tarlaları məhz bu kanal vasitəsilə suvarılır.
Oxşar əlamətlər | Fərqli əlamətlər | ||
Kolorado | Amudərya | Kolorado | Amudərya |
Kür və Araz respublikamızda ən uzun çaylardır. Kürün ümumi uzunluğu 1515 km-dir. Hər iki çayın mənbəyi, yəni başladığı yer Türkiyədəki hündür dağ zirvələridir. Çayların mənbəyi göl, yeraltı su, bataqlıq və s. də ola bilər.