Suyun qalan hissəsini küləklər buludlar vasitəsilə materiklərin üzərinə aparır. Atmosfer yağıntıları quru sularının - çay, göl, buzlaq və yeraltı suların yaranmasına səbəb olur. Quru suları müəyyən müddətdən sonra yenidən okeanlara qayıdır. Suyun belə dövr etməsi suyun böyük dövranıdır. Suyun bu hərəkəti nəticəsində atmosferdə, çaylarda, göllərdə, dənizlərdə, buzlaqlarda, yerin altında və okeanlarda olan sular daim dövr edir.
Hərflərlə işarələnmiş
suyun hərəkət sxemini
izah edin.
Sxemi çəkin. Böyük su
dövranına aid olan hərf və
ox işarələrini qırmızı,
kiçik su dövranına aid
olanları isə sarı rənglə
göstərin.
Quru sularının əmələ gəlməsi__ ilə əlaqədardır. Okean səthindən buxarlanan su atmosferdən birbaşa okeana qayıdarsa, bu,__ adlanır.
Suyun kiçik dövranı
Suyun böyük dövranı
Təsəvvür edin ki, Yerdə suyun dövranı baş vermir. Təbiətdə və
insanların həyatında hansı dəyişikliklər baş verər? İfadələrdən istifadə
edərək kiçik hekayə qurun:
Quru suları, şəlalələr, qış idman növləri.