Uyğunluğu müəyyən edin.
1. Heterotroflar |
2. Yırtıcılar |
3. Parazitlər |
4. Hərşeyyeyənlər |
5. Leşyeyənlər |
6. Otyeyənlər |
A) Bitkiyeyən heyvanlarla qidalanan heyvanlar.
B) Başqalarından lazımi qida maddələrini alan,
əvəzində onlara heç nə verməyən orqanizmlər.
C) Bitkilər, onların toxumları və meyvələri ilə qidalanan
heyvanlar.
D) Həm heyvan və həm də bitki ilə qidalanan heyvanlar.
E) Cəsədlə qidalanan heyvanlar.
F) Hazır üzvi maddələrlə qidalanan orqanizmlər.
Qidalanma prosesində hazır üzvi maddələrdən istifadə edən canlılar __ orqanizmlər adlanır. Qidalanmadan asılı olaraq heyvanlar __, __, __, __ bölünürlər.
Heterotrof
Yırtıcı
Parazit
Leşyeyənlər
Hərşeyyeyənlər
1. Canlıların adını cədvəlin uyğun sütunlarında qeyd edin: şir; kaftar; qaranquş; gənə; göyərçin; bəbir; akula; ayı; qartal; sincab; gürzə; kərkəs; bayquş; qarğa; birə; insan; zürafə; bit.
Otyeyənlər | Yırtıcılar | Parazitlər | Leşyeyənlər | Hərşeyyeyənlər |
---|---|---|---|---|
2. İstənilən cütlüklərdən istifadə etməklə heyvanların qarşılıqlı əlaqələrinə dair cümlələr tərtib edin.