• Quruqurbağası 1 gun ərzində yeddiyə qədər həşərat tutur.
• Parəbüzənin bəzi növlərinin sürfəsi öz qısa - üçhəftəlik həyatı dövründə 1000-ə, yetkin fərdi isə 4000-ə qədər mənənəni məhv edir.
Heterotrof qidalanma. Qidalanma prosesində hazır üzvi maddələrdən istifadə edən canlılar heterotrof (yun. “hetero” – müxtəlif, “trofe” – qidalanma) orqanizmlər adlanır.
Həzm prosesi. Heyvanların həzm prosesi ilk növbədə qidanın tutulması və udulması ilə başlayır. Quru ilbizləri qidanı əzələli udlağı ilə xırdalayır. Kəpənəklər çiçəklərin nektarını sorurlar. İlanlar şikarlarına hücum edərək onları bütöv udsalar da, qurbağalar yapışqanlı dilləri ilə tuturlar. Əksər orqanizmlərdə qidanın mənimsənilməsi həzm sistemi vasitəsilə həyata keçirilir. Məməlilərdə həzm sisteminə həzm kanalı (ağız boşluğu, udlaq, qida borusu, mədə, nazik bağırsaq, yoğun bağırsaq) və həzm vəziləri aiddir.
Mədə və bağırsaqlarda qida daha sadə birləşmələrə parçalanaraq həzm olunur və bağırsağın divarlarından bədənə sorulur. Həzm sisteminin ən iri vəziləri qaraciyər və mədəaltı vəzidir. Həzm olunmamış qalıqlar yoğun bağırsağa keçir və anal dəlik vasitəsilə xaricə çıxarılır.
Heyvanların həzm sistemi