Bitkilər aləminin möcüzələrindən biri həşərattutan bitkilərdir. Onlann belə adlandırılmasının səbəbi şəklini dəyişmiş xüsusi orqanları vasitəsilə həşərat tutmağa uyğunlaşmalarıdır. Bunların nümayəndələrindən biri. Azərbaycanda rast gəlinən qovuqlu bitkisidir. Durğun sularda yaşayan bu bitkinin kökü yoxdur. Tükşəkilli yarpaqların uç hissəsində qovuqcuqlar olur. Bu qovuqcuqların koməyı ilə bitki həşəratları tutaraq həzm edir.
Quraqlıq bitkisi olan kaktusa nəzər salın. Quraqlıqda yaşaması ilə əlaqədar
bu bitkidə hansı dəyişkənliklərin yarandığını müəyyən edin.
Nəticəni müzakirə edək:
1. Kaktusun başqa bitkilərdən fərqi nədir? 2. Tikanlar
kaktusun hansı orqanıdır? 3. Fotosintez kaktusun hansı
orqanında baş verir? 4. Sizcə, kaktusun gövdəsinin ətli
olmasının hansı əhəmiyyəti var?
Xarici mühitin təsirindən bitkinin yerüstü orqanları dəyişikliyə məruz qalır. Belə təsirlər onlarda müəyyən şəkildəyişmələrin yaranmasına səbəb olur.
Şəkillərdə yarpağın hansı şəkildəyişmələri göstərilmişdir?