Meyvəköklərə turpu, yerkökünü və çuğunduru, kök yumrularına isə georgin (soğangülü) və qaymaqotunu misal göstərmək olar.
Yeraltı zoğların xüsusiyyətlərini dəftərinizə çəkdiyiniz cədvəlin uyğun xanalarında qeyd edin.
Yeraltı zoğlar | Fərqli əlamətlər | ||
---|---|---|---|
Gövdə | Yarpaq | Tumurcuq | |
Soğanaq | |||
Gövdə yumrusu | |||
Kökümsov |
Yeraltı zoğların ehtiyat qida maddələri toplaması ilə əlaqədar __ yaranır. Bitki kökləri şəklini dəyişərək __ əmələ gətirir.
Zoğun şəkildəyişmələri
Kökün şəkildəyişmələri
1. Cədvəli dəftərinizə çəkin və tamamlayın:
Kökün şəkildəyişməsi | Yerinə yetirdiyi funksiyalar | Bitkinin adı |
---|---|---|