Bu tumurcuqdakı törədici toxumadan, adətən, çiçək qrupu və ya tək çiçək inkişaf edir.
Tumurcuğun inkişafı. Yazda zoğ üzərində əvvəl tumurcuqlar şişir. Tumurcuğun daxilində onun bütün hissələrinin, xüsusən yarpaq və buğumaralarının sürətlə böyüməsi baş verir. Tumurcuq pulcuqları bir müddət qapalı olur. Sonra onlar aralanır və cavan zoğun yarpaqları görünür. Tumurcuq pulcuqları tumurcuğun açılmasından sonra tökülür. Tumurcuq pulcuğunun tökülən hissəsində halqaşəkilli çapıq qalır ki, bu da tumurcuq halqası adlanır.
Müşahidə və şəkil əsasında tumurcuğun inkişaf mərhələlərinin ardıcıllığını dəftərinizdə qeyd edin.
Zoğ üzərində __ və __ olur. Zoğ əmələ gətirən tumurcuqlar __, çiçək əmələ gətirənlər isə __ adlanır.
Təpə tumurcuğu
Yan tumurcuq
Vegetativ tumurcuqlar
Generativ tumurcuqlar