1. Cümlələrdəki səhvləri taparaq onları doğru ifadələrlə əvəz edin:
• Sitoplazma hüceyrənin möhtəviyyatını təşkil edən bərk maddədir.
• Bitki hüceyrəsində yerləşən yaşıl plastidlər leykoplastlar adlanır.
• Daxilində hüceyrə şirəsi olan hüceyrə boşluğu nüvə adlanır.
• Nüvə hüceyrənin daxili möhtəviyyatını təşkil edir.
• Hüceyrə divarı özündə hüceyrənin irsi məlumatlarını saxlayır
2. Düzgün variantı seçin:
a) Bakteriyalar prokariotdur/eukariotdur; b) Bəzi bakteriyalar əlverişli/qeyri-əlverişli şəraitdə spor əmələ gətirir; c) Digər canlının bədənində yaşayan və onun hesabına qidalanan bakteriyalar parazit/sianobakteriyalar adlanır; d) Bitki/heyvan hüceyrəsində olduğu kimi, bakteriya hüceyrəsi də hüceyrə divarı ilə əhatə olunmuşdur; e) Əlverişli şəraitdə ot çöpü bakteriyası hər 20 dəqiqədən/hər 2—3 saatdan bir bölünür.
4. Boş yerlərə açar sözlərdən hansı uyğundur?
A. Bitkilərdə əsasən __ toxumanın hüceyrələri bölünür. B. __ toxumasının
əsas funksiyası orqanizmi xarici mühitin zərərli təsirlərindən qorumaqdır.
C. __ toxumanın hüceyrələrinin divarı oduncaqlaşmış olur. Bu toxuma
bitkidə və onun orqanlarında dayaq rolunu oynayır. D. Yarpaq ləti və
meyvələr əsasən __ toxumadan təşkil olunub.
Açar sözlər: törədici, mexaniki, əsas, örtük