Vitaminlər. Orqanizmdə tənzimləyici rol oynayır, onun böyüməsini və normal inkişafını təmin edir. Vitaminlərin orqanizmdə çatışmaması (avitaminoz) ciddi pozuntular yaradır.
Qida piramidası. Gündəlik qidanı təşkil edən maddələr müəyyən nisbətdə olmalıdır. Qida maddələrinin düzgün seçilməsi üsullarından biri də qida piramidasının tərtib olunmasıdır.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) insanın gündəlik “qida piramidası”nın şəkildə göstərilən nisbətini tövsiyə edir.
Qida piramidası müxtəlif yeyinti məhsulları yerləşən 4 səviyyədən ibarətdir. Piramidanın əsasını (I səviyyəsini) ən çox yeyilən yarma və un məhsulları, 2-ci səviyyəni meyvə və tərəvəz, 3-cünü ət və süd məhsulları, 4-cünü isə yağ və şirniyyat məmulatları təşkil etməlidir.
Gündəlik qida piramidanızı ÜST-ün tövsiyə etdiyi qida nisbəti ilə müqayisə edin. Normal qidalanmanızı təmin etmək üçün gündəlik rasionunuzda hansı dəyişiklik etmək lazımdır?
İnsanın gün ərzində qəbul etdiyi qida __adlanır. Orqanizmin fəallığı və inkişafı üçün qidada __olması çox vacibdir. Bu maddələr __ adlanır.
Qida rasionu
Vitaminlər
Qidalı maddələr
Yeməklərin ÜST-ün qida piramidasında yerini müəyyən edin. Hansı qida məhsullarını daha az qəbul etmək tövsiyə olunur?
Əlavə mənbələrdən, internetdən istifadə edərək bir qrup qida məhsullarının (məsələn, ət məhsulları: hisəverilmiş kolbasa, sosiska, balıq, quş əti, mal əti, hamburger) faydalı və zərərli xassələri barədə məlumat hazırlayın.