Qədim hind rəvayətində deyilir ki, qocaman Loğman öz şagirdi Çarakiyə meşədən bir neçə faydasız bitki gətirməyi tapşırır. Şagirdi geriyə qayıdarkən Loğmana deyir: “Mən üç gün meşədə gəzibdolandım və heç bir faydasız bitkiyə rast gəlmədim”.
Şəkildə göstərilən bitkilərə nəzər salın. Onlar barədə məlumatları dəftərinizə köçürdüyünüz cədvəldə qeyd edin.
Bitkinin adı | Müalicəvi əhəmiyyəti haqqında nə bilirsiniz |
Dərman bitkiləri haqqında ilk məlumatlara hələ eramızdan 6000 il əvvəl qədim şumerlərin əlyazmalarında rast gəlinir. Bu gün alimlər dünya xalqları tərəfindən 21 min növ bitkinin müalicə məqsədilə istifadə edildiyini müəyyənləşdirmişlər. Azərbaycan Respublikasının ərazisi dərman bitkiləri ilə zəngindir.
Mədəni və yabanı dərman bitkiləri. Ağac, kol və ya otşəkilli nümayəndələri olur. Bunlar yabanı və mədəni olmaqla iki qrupa bölünür:
a) yabanı dərman bitkiləri - çöllərdə, meşələrdə bitir. Bunlara itburnu, yemişan, moruq, sürvə, kəklikotu, andız, çobanyastığı, çöl qatırquyruğu və bağayarpağı aiddir;
b) mədəni dərman bitkiləri - zəfəran, nanə, boranı, gülümbahar kimi bitkilər insanlar tərəfindən becərilir. Müalicə məqsədilə bir çox kənd təsərrüfatı bitkilərinin müəyyən hissələrindən (qarğıdalının saçaqları, heyva və balqabaq toxumları) istifadə edirlər.
Dərman bitkiləri