Bitki və heyvanların insan həyatında rolu
Bitkilərdə gedən fotosintez prosesi canlıları qida maddələri və tənəffüs üçün zəruri olan oksigenlə təmin edir. Bitkilər iqlimi yumşaldır, onu daha rütubətli edir, güclü küləklərin qarşısını alır, kökləri vasitəsilə torpağı bərkidərək onun aşınmasına mane olur.
Mədəni bitkilər. Hələ qədim dövrlərdən insanlar bitkilərin qida, müalicəvi və estetik əhəmiyyətə malik olduğunu bilirdilər. Yaşayış məskənlərinin yaxınlığında bitən yeməli bitkilərlə qidalanan insanlar sonradan bu bitkiləri özləri becərməyə başladılar. Minilliklər ərzində bəzi bitkilər güclü dəyişikliklərə məruz qalaraq mədəni bitkilərə çevrildi. Mədəni bitkilər insanlar tərəfindən becərilən bitkilərdir. İnsanın qədim dövrlərdən becərdiyi bitkilər dənli bitkilər - buğda, düyü, qarğıdalı hesab olunur.