Ərazidə məskunlaşmış 20-yə yaxın quş növü (qıvrımlələk qutan, çəhrayı qutan, qara leylək, dəniz qartalı, məzar qartalı, boz kəklik, turac, adi dovdaq, sultantoyuğu, ərsindimdik, çəhrayı flaminqo) Azərbaycan Respublikasının “Qırmızı kitab”ına daxil edilmişdir.
Qoruğun təbiətinin rəngarəngliyinin, bitki, əsasən də heyvanat aləminin zənginliyinin əraziyə çoxsaylı yerli və xarici turistləri cəlb edəcəyini nəzərə alaraq gələcəkdə Qızılağac Dövlət Təbiət Qoruğunun və ona bitişik ərazilərin sahəsinin genişləndirilməsi hesabına milli parkın yaradılması nəzərdə tutulmuşdur.
Təklif olunan tapşırıqlardan birini seçib yerinə yetirin:
1. Dünyada nəsli kəsilməkdə olan bir neçə heyvan və bitkilər haqqında
müxtəlif mənbələrdən məlumat toplayın. Sonra həmin məlumatlardan
istifadə edərək təklif olunan plan üzrə təqdimat hazırlayın.
2. İşğaldan azad olunmuş ərazilərdə yerləşən Bəsitçay və Qaragöl Təbiət Qoruqları haqqında müxtəlif mənbələrdən məlumat toplayın. Məlumatlardan istifadə edərək aşağıdakı plan üzrə təqdimat hazırlayın.
planAzərbaycanda nadir və nəsli kəsilməkdə olan bitki və heyvanları mühafizə üçün __ fəaliyyət göstərir. __ Azərbaycanın ən böyük qoruğudur.
Qızılağac qoruğu
Qoruqlar
1. Nəsli kəsilməkdə olan heyvanları qorumaq üçün hansı tədbirlər görülür?
2. Nəsli kəsilməkdə olan heyvanlar haqqında hansı üsullarla məlumat
toplamaq olar?