Yasaqlıqlarda bir çox illər ərzində və ya ilin müəyyən fəslində ayrı-ayrı növlər qorunur.
Milli parklarda qoruqlardan fərqli olaraq ərazinin bir hissəsində dincəlmək və turist gəzintiləri üçün icazə verilir. Lakin ərazinin müəyyən sahəsi qorunur.
İnsan müasir elm və texnikanın nailiyyətlərindən istifadə etməklə təbiətin qorunması yollarını araşdırır. Bunun üçün meşələrin bərpası, təmizləyici qurğular, tullantısız texnologiya üsulları işlənib hazırlanır.
İnsan fəaliyyətinin təbiətə təsir edən əsas amillərini sadalayın.
Mənfi təsirlər | Müsbət təsirlər |
Canlıların nadir növlərinin saxlanılması və onun mühafizəsi üçün qorunan ərazilər __, __, __, yaradılır. Qorunması vacib olan növlərin adları __ daxil edilir.
“Qırmızı kitab”
Qoruqlar
Yasaqlıqlar
Milli parklar
2. Qorunan əraziləri və onların xüsusiyyətlərini müvafiq xanalarına yazmaqla cədvəli tamamlayın.
Qorunan ərazilər | ? | Yasaqlıqlar | ? |
Xüsusiyyətləri | Сiddi mühafizə olunan təbiət sahələridir. Ərazidə insanın bütün təsərrüfat fəaliyyəti qadağan edilir. | ? | ? |