Ramiz dostuna hekayədən bir parça oxudu:
... “Uzun qarğılar bitmiş bataqlığın kənarında bir qədər dayandım.
Suyun üzərində isə dövrə vuran iynəcələr sanki bir-birini qovurdular.
Qəflətən sudan çıxan qurbağa bir anda bitkinin üzərinə qonan cücülərdən
birini tutdu. Qamışlıqdan çıxan leyləyi gördükdə yenidən suda
gizlənsə də, onun uzun dimdiyindən xilas ola bilmədi”.
Canlı orqanizmlərin təbii birlikləri. Meşə, çəmən, bataqlıqda olan canlılar qrup halında birgə yaşamağa uyğunlaşmışlar. Müəyyən ərazidə birgə yaşamağa uyğunlaşan
müxtəlif canlılar qrupu təbii birliklər əmələ gətirir. Təbii birliklərdə canlı orqanizmlər bir-biri ilə və cansız təbiət amillərilə (torpaq, su və s.) əlaqədədirlər.
Ekoloji sistem. Təbii birliklər və onları əhatə edən mühit vahid sistem – ekoloji sistem adlanır. İstənilən ekoloji sistemdə əsas yeri üzvi maddə “istehsalçıları” olan yaşıl bitkilər tutur.