45. Canlı orqanizmlərin məskunlaşması və yayılması
Yay fəslində qovağın havada
uçan ağ, pambığaoxşar tükcüklərini,
çəməndə bitən zəncirotunun
uçağanlarını, yəqin,
görmüsünüz. Bitkilərin paltara
ilişən toxum və meyvələrindəki
qarmaqcıqların olması
sizi təəccübləndirməyə bilməz.
Havada uçan tükcüklər, heyvanların tükünə və ya insanların paltarına
ilişən qarmaqcıqlar nəyə xidmət edir?
Fəaliyyət 1
Sxemdə göstərilən bitkilər yayılma üsullarına görə qruplaşdırılmışdır. Fikrinizcə, hər qrupda bitkilərin məhz bu üsulla yayılmasına səbəb nədir?